"Qatar Airways”ə məxsus təyyarə Suriyada hakimiyyət dəyişikliyindən sonra Doha-Dəməşq marşrutu üzrə ilk kommersiya uçuşunu həyata keçirib.Bu barədə Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
"Bu gün Dəməşq Beynəlxalq Hava Limanına ilk kommersiya təyyarəsi gəlib. "Qatar Airways”ə məxsus təyyarə saat 10:05-də Dohadan uçub.Təyyarədə 200 sərnişin olub", - o, brifinqdə bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !