"Qatar Airways"in təyyarəsi burulğana düşüb

18:00 | 06.09.2015

"Qatar Airways"in təyyarəsi burulğana düşüb

"Qatar Airways" aviaşirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsinin güclü burulğan zonasına düşməsi nəticəsində üçü uşaq olmaqla təqribən 40 nəfər xəsarət alıb. Bu barədə Filippinin Mülkü Aviasiya İdarəsi məlumat yayıb.


Hadisə şənbə günü Doha-Manila reysi zamanı baş verib.

"Manilaya yaxınlaşan zaman kapitan prioritet eniş istəyib, çünki təyyarənin göyərtəsində yaralılar olub. Onlardan üçü uşaq, ikisi heyət üzvü olub", - deyə bəyanatda bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti