Qatar biletləri ucuzlaşacaq - ŞAD XƏBƏR

09:33 | 02.07.2014
Qatar biletləri ucuzlaşacaq - ŞAD XƏBƏR

Qatar biletləri ucuzlaşacaq - ŞAD XƏBƏR

Rusiya Qapalı Səhmdar Cəmiyyətinin tətbiq etdiyi yeni sərnişin daşıma tarifinə uyğun olaraq Azərbaycandan Rusiyaya, eləcə də Rusiyadan Azərbayacana sərnişin daşıyan qaratarlarda gediş haqqı artırılıb. ANS TV-nin məlumatına görə, həmin artım özünü biletlərdə 30 % həcmində göstərir. Məsələn, BakI -Çelyabinsk reysi üzrə qiymətlər aylar öncə 117 AZN idisə, hazırda gediş haqları 140-150 AZN civarındadır.Rusiya tərəfinin dəmir yollarında sərnişin daşımada qiymətləri artırmasi isə sərnişinlər arasında narazılığa səbəb olub. “Azərbaycan Dəmir Yolları” Qapali Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qiymətlərin aşağı endirilməsi üçün təmsil etdiyi qurumun Rusiya ilə danışıqlar apardığını vurğuladı."Biz Rusiya ilə danışınqlar apardıq və bu tarifin bizə ziyan gətirdiyini bildirdik. Çünki vətəndaşlar məcbur olub başqa nəqliyyat vasitələrinə üz tuturdular. Rusiya ilə apardığımız danışıqlardan sonra tarifi əvvəlki qiymətinə qayatara bildik. Amma hələ ki, yeni tarif qüvvədədir. Bir də sentyabrda vətəndaşlar qiymətlərin ucuzlaşdığını görəcəklər”.Ölkə daxilində qatarla gediş haqlarında isə heç bir dəyişiklik yoxdur. Yəni bölgələr üzrə qiymətlər stabil olaraq qalır. Elə bu səbəbdən istirahətini respublikanın müxtəlif bölgələrində keçirmək istəyənlərdə az deyil. Bilet satışını həyata keçirən kassaların qarşısındakı sıxlıq bunu deməyə əsas verir. Vətəndaşlar qatarla əsasən ölkənin qərb hissəsinə üz tuturlar.Kassir Kifayət Tağıyeva deyir ki, əsasən Ağstafa, Qazax, Gəncə istiqamətinə müraciətələr çoxdur: “Həfətinin 5-6 bazar günləri sıxlıq olur. Məcbur olub əlavə vaqonlar da qouşuruq ki, vətəndaşları təmin edə bilək”. Azərbacyan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, yalnız tarif şurasının verdiyi qərar əsasında dəmir yolu ilə səfərlərin qiymətləri qaldırıla bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür