Qatarla gedənlərə XOŞ XƏBƏR

20:45 | 14.08.2014
Qatarla gedənlərə XOŞ XƏBƏR

Qatarla gedənlərə XOŞ XƏBƏR

Bilet satışı ilə bağlı əvvəllər mövcud olan problemlər tam aradan qaldırılıbAzərbaycan dəmir yolları əhalinin nəqliyyatın bu növünə marağını artırmaq üçün yeni qaydalar hazırlayıb. Proqramda sərnişinlərin mənzil başına tez və rahat çatması üçün bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur.ANS TV-nin məlumatina görə, yay fəslində istirahatə gedənlər əlverişli nəqliyyat vasitəsi kimi dəmir yoluna daha çox üz tutur. Son rəqəmlər göstərir ki, gündəlik 3 minə yaxın bilet satılır. Bilet satışı ilə bağlı əvvəllər mövcud olan problemlər tam aradan qaldırılıb.Bakı sərnişin stansiyasının rəisi Nizaməddin Eminovun sözlərinə görə, internet vasitəsilə biletlər sifariş olunur: “Qatarın getməsinə bir saat qalmış sənədləşmə aparıb yola düşürlər. Nağd hesablaşma yolu ilə bilet satışı həyata keçirilir, sərnişinlər əziyyət çəkmir”.Ölkədaxili, eləcə də beynəlxalq istiqamətə gedən sərnişinləri də yeni sistem qane edir.Sərnişin sıxlığını, onların rahat və təhlükəsiz mənzil başına çatmalarını nəzərə alaraq xəttə yeni vaqonlar buraxılıb. Yeni vaqonların ən üstün cəhəti yay fəslini nəzərə alaraq burada soyutma sistemlərinin quraşdırılmasıdır.Bununla yanaşı , fəsilə uyğun olaraq qatarlarla bır sıra profilaktik tədbirlər də aparılır. Sərnişinlərin mədəni istirahəti üçün isə biznes vaqonlarda monitorlar quraşdırılb ki, bunun vasitəsilə müxtəlif televiziya kanallarını izləmək mümkündür.Sərnişinlərin mənzil başına tez çatması üçün gələcəkdə sürətin artırılması da nəzərə tutulur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM