Qatarların hərəkəti bərpa edildi

17:09 | 01.02.2014
Qatarların hərəkəti bərpa edildi

Qatarların hərəkəti bərpa edildi

Qatarların hər iki istiqamətdə hərəkəti bərpa edilib. Bu barədə məlumatı AzNews.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov verib.Xatırladaq ki, yanvar ayının 29-da saat 12.15-də QSC-nin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxmışdı. Nəticədə 6 taxıl və 1 tikinti materialı vaqonu aşmış və yükü dağılmış, nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılmışdı.Elə həmin gün «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin, “Dəmiryolservis” MMC-nin və «Fövqəladə Hallar Qatarı» MMC-nin canlı qüvvəsinin və texnikasının gücü ilə gecə saat 23.30-da hərəkət biryollu (Böyük Kəsik-Bakı istiqamətində) bərpa edilib. N.Əzməmmədov deyib ki, bu gün ikinci yolda da (Bakı – Böyük Kəsik istiqamətində) təmir işləri başa çatmış, qatarların hərəkəti tam bərpa olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb