Qattuzo bir futbolçuya görə komandaya 5 günlük cəza verdi

21:30 | 03.05.2019
Qattuzo bir futbolçuya görə komandaya 5 günlük cəza verdi

Qattuzo bir futbolçuya görə komandaya 5 günlük cəza verdi

Milan-ın baş məşqçisi Cennaro Qattuzo komandanın futbolçularını cəzalandırıb.

Anews.az goal.az-a istinadən xəbər verir ki, Qattuzo futbolçulara 5 günlüyünə bazanı tərk etməyi qadağan edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Qattuzo, son məşqə 1 saat gecikən və komandayla yalnız 10 dəqiqəlik hazırlıq keçən Timo Bakayokoya görə bütün futbolçulara bazanı tərk etməyi qadağan edib. "Milan"ın A Seriyasının növbəti turunda "Bolonya" ilə qarşılaşacağı oyuna qədər, futbolçular bazada qalacaq. Qattuzonun Bakayokoya isə ciddi cəza verəcəyi gözlənilir.

"Milan" - "Bolonya" matçı mayın 6-da, saat 22:30-da start götürəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM