Teatrdan AzərTAc-a bildirmişlər ki, Osman Abdullayevin “Xoruzun hikkəsi” əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru İsako Zeynalaşvilidir. “Güllü və Güloğlan” Orta Asiya xalq nağılı əsasında səhnələşdirilən digər tamaşaya isə Yusif Abdurahmanov quruluş verir. Hər iki tamaşa dekabrın ikinci yarısında balacalara təqdim olunacaqdır.
Ümumiyyətlə, yeni mövsümün başlanğıcı əyalət teatrı üçün uğurlu olmuşdur. Qax teatrı noyabrın 9-dan 16-dək keçirilən “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalında uğurla çıxış etmiş, festivalın diplomuna layiq görülmüşdür. Yaradıcı kollektiv bu festivalda tamaşaçılara Oruc Əhmədovun əsəri əsasında hazırlanmış “Zınqırovlu pişik” tamaşasını təqdim etmişlər.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !