Qaxda dərəyə düşən ovçunun axtarışlarına başlanılıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 1 nəfər ovçunun qayadan yıxılaraq dərəyə düşməsi və meyitinin orada qalması barədə məlumat daxil olub.
Ərazi relyef baxımından keçilməz olduğundan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin 1 ədəd helikopteri həmin şəxsin axtarışlarına başlayıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !