Qayda pozan əcnəbilər 10 il müddətinə deportasiya ediləcək

16:29 | 12.01.2015
Qayda pozan əcnəbilər 10 il müddətinə deportasiya ediləcək

Qayda pozan əcnəbilər 10 il müddətinə deportasiya ediləcək

Əcnəbi vətəndaşlar Rusiyada qalma qaydasını pozsalar, 10 il ərzində bu ölkəyə daxil ola bilməyəcəklər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə yanvarın 10-dan qüvvəyə minən Rusiya Federasiyası miqrasiya qanunvericiliyində edilmiş dəyişikliklərdə deyilir.
 
Edilən dəyişikliyə görə, Rusiya ərazisində qalmaq üçün təyin olunan 180 gün (6 ay) müddətini pozan xarici vətəndaşa 5 il ölkəyə girişi yasaqlanacaq. İcazə müddətini 280 gündən çox pozan şəxs isə 10 il müddətinə deportasiya olunacaq.
 
Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən Rusiyada miqrantların əmək fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanuna edilən dəyişikliklər də qüvvəyə minib. Qanuna görə, xarici vətəndaş Rusiyada işləmək üçün əmək patenti almalıdır. İşləmək məqsədi ilə gələn əcnəbi Rusiya ərazisinə daxil olarkən, ölkəyə gəlişinin məqsədini göstərməlidir. Bundan sonra isə o, 1 ay müddətində əmək patentini əldə edə bilər. O cumlədən xarici vətəndaş rus dili və tarixindən imtahan verməlidir.
 
Bu qanunun qüvvəyə minməsindən sonra Rusiya gələn miqrantların sayında azalma baş verib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM