Qonağı salamlayan Komitə sədri onu noyabrın 30-da Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş) üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib. Qeyd edib ki, 45 ölkədən yüzlərlə idmançının iştirak etdiyi yarışda azərbaycanlı idmançının fəxri kürsünün ən yüksək pilləsinə qalxması Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Sədr Azərbaycanın 11 idmançı ilə qatıldığı bu beynəlxalq yarışdan 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanmasını yüksək qiymətləndirib.
Səmimi qəbula görə təşəkkür edən Elgün Xanoğlanlı 2019-cu ildən başlayaraq beynəlxalq yarışlara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatıldığını bildirib. Dünya çempionu Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşəkkürnaməsini Fuad Muradova təqdim edib.
Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb və 2016-cı ildə ABŞ-a dəvət alanadək orada çalışıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !