Məhkəmə prosesində verilən yeni qərarla gəlin-qayınana münasibətlərinə ölçü götürülüb.
Məhkəmə qızıllarının oğurlandığı üçün gəlinindən şübhələnən, arxasınca danışan qayınananın mənəvi təzminat ödəməsi üçün hökm verib.
2014-cü ildə evindən qızılları oğurlanan qadın oğurluq hadisəsinə görə gəlinindən şübhələnib. Qayınanasının dedi-qodularından dolayı məhəllədə çətin anlar yaşadığını bildirən gəlin məhkəməyə müraciət edib və qayınanası haqqında iddia qaldırıb.
Məhkəmədə ifadə verən gəlin qayınanasının onu oğurluqda təqsirləndirdiyini, insanlar arasında dedi-qodu edərək insanlıq haqqını tapdaladığını bildirib. Bundan başqa gəlin qayınanasının ittihamlarından, dedi-qodularından dolayı küçəyə çıxa bilmədiyini dilə gətirib. Gəlinin iddialarına cavab olaraq qayınana məhkəmə prosesinin geri çəkilməsini tələb edib. Lakin gəlinin müraciətini bir neçə dəfə araşdıran məhkəmə qərara imza atıb və gəlninin dedi-qodusunu edən qayınananın mənəvi təzminat ödəməsi üçün hökm oxuyub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !