"Qaynarinfo"nun axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan ARB TV-nin "Boş anlar” verilişində deyib.
Müğənni
ailəsini qayınanasının dağıtdığını bildirib: "Biz 12 il boşanmadıq,
istəmirdik. Həyat elə gətirdi ki, ayrıldıq. Əslində bizim ailəmizdə
problem olmayıb. Sadəcə kənardan qayınanam müdaxilə etdi. Bu sənətdə
olmağıma görə də 2 nəfərə borcluyam. Qayınanam ailəmi dağıtdı, anam da
oxutdu.
Qayınanam məni döymüşdü, anamgilə getmişdim. Evdən heç nə
götürmədim. Texnikumda oxuyanda bilirdilər ki, musiqi bəstələyirəm.
"Şəhidlər balladası”ndan xəbərləri var idi. Sumqayıtda Kimyaçılar
sarayında şəhidlərin birinci il dönümündə mənə təklif etdilər ki, siz
bunu ifa edin, bacınız oxusun. Bunu qayınanama çatdırmışdılar. Qayınanam
xəbər göndərmişdi ki, əgər o, səhnədə ifa etsə, yoldaşı ona gəlib gül
verəcək, onla da bu iş bitəcək, boşanacaqlar. Mən ailəmi müqəddəs tutdum
və getmədim”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !