• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ramil Usubovdan yeni kadr təyinatları

Ramil Usubovdan yeni kadr təyinatları
03.12.2014 09:22
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatları olub.

ANN.Az "Report"a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Əlyəddin Səfərov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Ə.Səfərov Nərimanov RPİ-nin rəis müavini təyin edilib.

Ə.Səfərov bundan əvvəl Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi və Nəsimi RPİ-nin rəis müavini vəzifələrində də işləyib.

R.Usubovun imzaladığı başqa bir əmrlə isə Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Habil Həsənov idarənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Xəzər RPİ-nin CAŞ-nin rəisi vəzifəsinə isə Cavanşir Əhmədov gətirilib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir direktorlarla bağlı əmr verdi
Qaynari.nfo 19:44
Nazir direktorlarla bağlı əmr verdi
Ramil Usubovdan yeni kadr təyinatları
Qaynari.nfo 09:22
Ramil Usubovdan yeni kadr təyinatları
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol