• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakıda 700 insan başı, təpəgöz körpələr... - VİDEO

Bakıda 700 insan başı, təpəgöz körpələr...  - VİDEO
28.05.2020 23:13
Kəllələr, anormal doğulmuş körpələr, mumyalanmış meyitlər, döllər, yandırılmış insan külü, yarılmış insan meyitləri və daha nələr... Bütün bunlar bir ünvanda - Bakıdakı İnsan Anatomiyası muzeyində saxlanılır.

 ANN.Az-ın APA TV-yə istinadən xəbərinə görə, Tibb Universitetinin tələbələri buranı muzey yox, gündəlik dərs keçdikləri kabinet kimi qəbul edirlər. Günlərinin yarısından çoxunu burada - insan eksponatlarının arasında keçirən tələbələrin bunu dərs kabineti kimi qəbul etməsi başadüşüləndir. Bizim kimi, kənardan gələn, eksponatları ilk dəfə görən biri üçünsə çox maraqlıdır. Bura ilk baxışdan kiçik qəbiristanlığı xatırladır - sür-sümük, insan kəlləlləri, meyitlər və qorxunc görkəmdə doğulan körpələrin bankada, formalin məhlulunun içərisində saxlanılan meyitləri...  
 
Muzeydə bizə bələdçiliyi ATU-nun İnsan Anatomiyası fakültəsinin tədris hissə müdiri Şöhrət Qasımov edir. Əvvəlcə bizə İnsan Anatomiyası kafedrasının yaranma tarixindən danışan Şöhrət Qasımov kafedranı 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradıcısı və ilk rektoru professor Razumovskinin təşkil etdiyini bildirib. O, həm BDU-nun rektoru, həm də İnsan Anatomiyası kafedrasının müdiri olub. Ondan sonra kafedra müdiri vəzifəsinə Malinovski təyin edilib. Malinovskinin vaxtında buraya muzey materialları yığılıb. Sonra illər keçdikcə kafedra müdirləri bir-birini əvəzləyib. 1995-ci ildən isə Vaqif Şadlınski kafedra müdiri təyin olunub. ATU-nun indiki İnsan Anatomiyası kafedrası yerləşən binası 1953-cü ildə istifadəyə verilib. Həmin vaxtdan muzey də buraya köçürülüb.
 
Əvvəlcə Patologiya muzeyini gəzdik. Bu muzeydəki preparatların hər biri orijinaldır. Muzeyin girişində Malinovskinin meyitinin külü var. Kül qutuya qoyulub. Onun yanında isə Malinovskinin sidik orqanlarının preparatı nümayiş olunur. Eyni zamanda muzeydə əsasən ölü doğulan və sonradan ölən, beyin yırtığı ilə doğulan, qozbel körpələrin meyitləri var.
 
"Bir müddət öncə Hindistanda 4 əlli və 4 ayaqlı uşağın doğulması ilə bağlı xəbər vermişdik.  Hazırda Anatomiya Muzeyində vaxtı ilə ölkəmizdə doğulan oxşar eksponat saxlanılır. Bu körpələrin üç ayağı, üç əli və iki başı var. Muzeydə diqqət çəkən digər eksponatlar isə çiyinlərindən bir-birinə birləşən siam əkizləri və başı normadan bir neçə dəfə böyük doğulan korpədir".  
 
"Muzeydə saxlanan digər bir eksponat görənləri xeyli  heyrətləndirir. Bu, əllərini yumub, diz üstə çökərək dua edən edən uşaqdır. Həkimlər deyir ki, bu körpə doğularkən ölüb. Ölən zaman sanki Allahdan imdad diləyirmiş".
 
"Uşaq vaxtı nağıllarda "Təpəgöz" persanajı haqqında çox eşitmişik. Muzeydə belə bir eksponat saxlanılır. Uşağın bir gözü var, o da onun alnında. Muzeyə gələn ziyarətçilərin ən çox maraqlandığı bu körpə ana bətnində gedən anomal proseslərin qurbanıdır".
 
Muzeydə insan skeletləri də var. Kül və skeletlərdən başqa, saxlanılan bütün pereparatlar, o cümlədən ayrı-ayrı insan orqanları, baş, qulaq, bağırsaq, döllər formalin məhlulunun içərisində saxlanılır. Kafedra müdiri Vaqif Şadlınski deyir ki, eksponat sayına görə dünyada birinci yeri tutan bu muzeydə 700-dən artıq insan başı saxlanılır. Bunların da təximən 400-ü çox qədim eksponatdır.
 
Kafedra müdiri Vaqif Şadlınski deyib ki, muzeydə atəşpərəstlik dövründən qalan insan kəllələri saxlanılır: "Onları mən Şəkinin Kiş kəndindən, qədim bir qəbirdən tapıb gətirmişəm. O zaman Mahmud Kərimov orda ekspedisiya ilə qazıntılar aparırdı. Biz birlikdə həmin kələləri topladıq və üzərində tədqiqat apardıq. Məlum oldu ki, həmin kələlərdən 4-ü qədm türk kəlləsidir. Bundan başqa, həmin qəbirlər hansısa icma başçısına aid idi. Çünki qəbirlərin yanında bütün ailə üzvləri, keşikçilər və onların işlətdikləri alətlər, hətta atları da dəfn olunub".  
 
Muzeydə Azərbaycanda tapılan mumiyalanmış 3 meyit də nümayiş olunur - iki kişi və bir qadın meyiti. Onların heç bir orqanı çıxarılmayıb. Diqqətlə baxdıqda əzələ və damarları asanlıqla seçmək olur. Qədim insanların inancına görə, insanın ruhu onun ürəyində olur. Ürək çıxarılsa, insanın ruhu da bədəndən çıxar. Elə mumiyaların ürəkləri də bu səbəbdən üzərlərində saxlanılıb.
 
Vaqif Şadlınskidən onu da öyrənirik ki, muzeydə dəyəri 200 min manatla ölçülən xüsusi bir ekponat da saxlanılır. Bu, dölün yaradılışının mərhələləridir: "Həmin ekponat ana bətnində olan dölün ikinci həftəliyindən doğulana kimi olan müddəti əhatə edir. Bu, dəyərli bir ekponatdır. Çünki dünyada anoloqu yoxdur. Onların bəzisini Xarkovdan gətirmişəm. Bəziləri isə burada toplanıb. Bir zamanlar elmə həvəs olanda tələbələr həmin preparatların üzərində işləyirdilər. Təəssüf ki, indi bu həvəs tamamilə yoxa çıxıb".    
 
Kafedra müdiri özünün hazırladığı kəhrəbanın içərisində olan insan skletini də göstərir. Deyir ki, bu əvəzsiz preaparatı hazırlamaq üçün illərini sərf edib. Nəticə isə göz önündədir. Təxminən uzunluğu yarım metr, eni isə ondan bir qədər az olan əridilmiş kəhrabanın içərisində insan skleti...
 
Bir qədər də "diri" meyitlər barədə.
 
"Universitetdə təhsil alan tələbələr burada yeni ölmüş şəxslərin meyitləri üzərində eksperimentlər həyata keçirərək nəzəri biliklərini təcrübi məşğələlərlə qarşılaşdıraraq tibbin müəyyən sahələrinə yiyələnirlər".
 
Universitetin İnsan Anatomiyası fakültəsinin tədris hissənin müdiri Şöhrət Qasımov deyir ki, əvvəllər buraya meyit gətirmək çətin olmayıb: "Kimsəsizləriin meyitlərini gətirirdik, həftədə 10-12 meyit alırdıq. İndi heç ildə birini tapa bilmirik. Nəinki ölkəmizdə, ümumilikdə dünyadakı Tibb Universitetlərinin əksəriyyəti "meyit qıtlığı" çəkir. Buna görə də dərs keçəndə çətinlik yaranır".
 
Kafedranın tərkibində bir qədər kustar üsulla yaradılan bu muzey yalnız tələbələrin və xarici qonaqların gəzib görüb öyrənməsi üçündür.
 
Kafedra müdiri Vaqif Şadlınskini də təəssüfləndirən məqam elə muzeyə dövlət muzeyi statusu verilməməsidir. Dünyada eksponat sayına görə, ilk muzey olsada ölkəmizdə bu muzeydən xəbərsiz olanlar çoxdur.

ANN.Az
 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 700 insan başı, təpəgöz körpələr...  - VİDEO
Qaynari.nfo 23:13
Bakıda 700 insan başı, təpəgöz körpələr... - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol