• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Generalın işdən qovduğu rəis qardaşı oğludur

Generalın işdən qovduğu rəis qardaşı oğludur
19.12.2014 10:49
Ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun təqdimatı ilə işdən qovulan Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Səid Seyidov generalın qohumu imiş.
 
ANN.Az Axar.az-a istinadən xəbər, Səid Seyidov Mirqafar Seyidovun qardaşı oğludur.

Xəbərdə vurğulanır ki, Səid Seyidov Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən "İgidliyə görə” medalı ilə də təltif olunub. Mirqafar Seyidovun təqdimatı ilə cəmi bir ay əvvəl o, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin olunub. Ancaq bir ay ərzində fəaliyyəti əmisini qane etməyib və S.Seyidov "vəzifəyə yararsız” sayılaraq, işdən çıxarılıb.
 
Bu islahatdan iki gün öncə Bakı polisinin 5-i rəis olmaqla 9 əməkdaşının da işdən çıxarıldığını əsas gətirən mənbənin sözlərinə görə, general Mirqafar Seyidov öz qardaşı oğlunu işdən qovmaqla bütün şəxsi heyətə bir ismarıc verdi: kimliyindən asılı olmayaraq, xidmətə yararsız şəxs vəzifədə və polis sıralarında qalmayacaq. Polisdə nizam-intizam baxımından generalın bu addımının müsbət dəyərləndirildiyini vurğulayan mənbənin sözlərinə görə, Mirqafar Seyidov məhz bu xarakterinə görə də Bakının baş polisi təyin edilib.
 
Xatırladaq ki, Mirqafar Seyidovun təyinatının ilk günündə mütəxəsislər daha sərt nizam-intizamlı bir generalın Bakıya baş polis gətirilməsini təqdir etmişdilər.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtoxuliqan polisi vurdu
Qaynari.nfo 11:12
Bakıda avtoxuliqan polisi vurdu
Bakı metrosunda yenə problem yaşandı – Video
Qaynari.nfo 23:21
Bakı metrosunda yenə problem yaşandı – Video
Nazir direktorlarla bağlı əmr verdi
Qaynari.nfo 19:44
Nazir direktorlarla bağlı əmr verdi
Millət vəkilinə ağır itki
Qaynari.nfo 19:27
Millət vəkilinə ağır itki
Bakıda beşmərtəbəli binada yanğın
Qaynari.nfo 20:58
Bakıda beşmərtəbəli binada yanğın
Azərbaycanda bu film qadağan edildi
Qaynari.nfo 14:41
Azərbaycanda bu film qadağan edildi
Generalın işdən qovduğu rəis qardaşı oğludur
Qaynari.nfo 10:49
Generalın işdən qovduğu rəis qardaşı oğludur
Vəzifəli şəxsdən raport yazıldı - kobudluğa görə
Qaynari.nfo 08:56
Vəzifəli şəxsdən raport yazıldı - kobudluğa görə
Manyak müəllim 9 qız şagirdini zorlayıb
Qaynari.nfo 11:32
Manyak müəllim 9 qız şagirdini zorlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol