Azərbaycanda bu film qadağan edildi
            "Youtube" video portalı Şimali Koreya lideri Kim Çen İndən 
bəhs edən "Müsahibə” filminin Azərbaycanda izlənilməsinə qadağa qoyub. 
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, film ötən həftə "Soni Pikçers” ("Sony Pictures”) şirkəti tərəfindən "Youtube" video portalına yüklənib.
Film
 internetə yükləndiyi gün 900 mindən çox istifadəçi tərəfindən izlənib 
və artıq bu günə olan məlumata görə, 4 gün ərzində 15 milyon dollar 
qazanc əldə edib.
Lakin video portala yüklənən 
filmi Azərbaycanda izləmək mümkün deyil. "Soni Pikçers” şirkətinin rəsmi
 "Youtube" hesabına yüklənən videonu Azərbaycanda izləmək istəyənlər "bu
 video ölkənizdə izlənə bilməz” sözləri ilə qarşılaşırlar.
Qeyd
 edək ki, "Youtube" video portalı müəllif hüquqlarından asılı olaraq 
bəzən videoları ölkə və bölgələrə görə məhdudlaşdıra bilir.
Xatırladaq
 ki, Koreya lideri Kim Çen İndən bəhs edən "Müsahibə” filmini şirkət 
2014-cü il dekabrın 18-də Nyu Yorkda nümayiş etdirməyi planlaşdırırdı. 
Lakin premyera zamanı terror aktı olacağı haqda naməlum hakerlərdən 
gələn təhdid səbəbindən şirkət tədbiri ləğv etməyə məcbur oldu və filmi 
internetə yüklədi.
ANN.Az
            
Oxşar xəbərlər                    
                
Oxşar xəbərlər