• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakıda 1000 manata bir gecəlik yeni il əyləncəsi

Bakıda 1000 manata bir gecəlik yeni il əyləncəsi
31.12.2014 18:51
Bir neçə saatdan sonra yeni il əyləncəsinə start veriləcək. 

Orta statistik azərbaycanlıların ailəsində yeni il gecəsinin qrafiki hazırdır. Paytaxt salatı, dolma, aş və televizordakı duzsuz şou proqramlar. Amma əyləncə sevənlər, orta səviyyəli əyləncəni seçməyənlər üçün yeni illə bağlı fərqli seçimlər var. 

Musavat.com internetdə 31 dekabr ələncələri ilə bağlı restoranların elanlarını araşdırıb. Ortaya çox fərqli detallar çıxıb. 

Başlayaq ККМ Amburan Beach Club-dan. Sözügedən məkanda əyləncə 31 dekabr 21:00-dan başlaır. Biletlərin qiyməti: 200 AZN

ККМ Absheron Hotel Group da 31 dekabr Yeni İl gecəsini qeyd etməyə və 31 dekabrdan 4 yanvara qədər yeni il tətil günlərini dəbdəbəli Şahdağ - PIK Palace Shahdag oteldə unudulmaz keçirməyə dəvət edir.

Yeni il proqramı 21:00-da strat götürür. Biletlərin qiyməti: 300 AZN

Yeni il gecəsi Oteldə qalmaq və Yeni il bayramı və səhər yeməyi:

İki nəfərlik nömrə bir gecə -200 AZN

Shore House restoranında Yeni il musiqili şousunda isə gecənin xüsusi qonağı -Batırxan Şukenov(?). Gecəni Mikayıl Rəfiyev və "Excellent" qrupu aparacaq.

Biletlərin qiyməti: 250-300 AZN

Gecə 21:00-da başlayır. Qonaqları yeni il menyusu gözləyir.

Bilet 250-300 manat 

Buta Palace-da  Almaniyadan gələn Dj-lər Milk & Sugar əyləncəni təşkil edir. Saat 21:00-də başlanan əyləncə 05:00-a qədər davam edir. Biletlərin qiyməti: 

VIP Zone- 300/350 AZN

Biletlərə Yeni il menyusu, şampan, şərab daxildir

Masa arxasında minimum 8 nəfər olmalıdır 

GOLD Zone - 200 AZN

Biletlərə Yeni il menyusu daxildir

Masa arxasında minimum 4 nəfər olmalıdır

STANDARD Zone- 70 AZN

Biletlərə qarşılama içkisi daxildir 

Ramada Baku oteldə isə biletlər 150, 188 AZN

Af Hotel-də Yeni il gecəsi! İki nəfərlik nömrədə qalmaq, maraqlı şou proqram, təcrübəli aşpazlardan Yeni il menyusu, Şaxta Baba və Qar qız, maraqlı müsabiqələr və mükafatlar, məşhur ifaçılar: Sevil və Sevinc bacıları, Yeni Ulduz -Sadıx, gənc müğənni Tünzalə və başqaları, atəşfəşanlıq, Dj və səhərə qədər diskoteka, yeni il səhər yeməyi, 17:00-da oteli tərk etmək.

Biletlərin qiyməti: 100 AZN

 "Masquerade Ball”da iştirak etmək istəyənlər üçün də seçim var. 31 dekabr 2014-cü il 22:00-da Hilton Hotel-də ("Sevda" bal zalı) belə bir əyləncə təşkil olunur. 1 nəfər üçün bilet 300 AZN-dir. Biletlərə daxildir axşam yeməyi (geniş yemək çeşidləri, içkilər), kokteyllər, şərab, soyuq məzələr, salatlar, isti yeməklər, venesiya maskası

Hər bir DeLuxe masa 10 nəfər üçün nəzərdə tutulub

VIP: 1 nəfər üçün 1000 AZN

Biletlərə daxildir:

Rahat divanlarda, şəxsi mühafizəçi və ofisiantla axşam yeməyi. Məhdudiyyətsiz Yemək & içkilər (Bütün gecə müxtəlif yemək çeşidləri, məhdudiyyətsiz içkilər), kokteyllər, şərab, soyuq məzələr, salatlar, isti yeməklər, Yeni il gecəsi Hilton Hotel-də qalmaq, venesiya maskası.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mirqafar Seyidov qəfil yoxlamalarını davam etdirir
Qaynari.nfo 11:26
Mirqafar Seyidov qəfil yoxlamalarını davam etdirir
Bakıda 700 insan başı, təpəgöz körpələr...  - VİDEO
Qaynari.nfo 23:13
Bakıda 700 insan başı, təpəgöz körpələr... - VİDEO
İlham Əliyev onları mükafatlandırdı - SİYAHI
Qaynari.nfo 22:01
İlham Əliyev onları mükafatlandırdı - SİYAHI
Millət vəkilinə ağır itki
Qaynari.nfo 17:26
Millət vəkilinə ağır itki
Bakıda 1000 manata bir gecəlik yeni il əyləncəsi
Qaynari.nfo 18:51
Bakıda 1000 manata bir gecəlik yeni il əyləncəsi
İlham Əliyevdən yeni TƏYİNAT
Qaynari.nfo 20:53
İlham Əliyevdən yeni TƏYİNAT
Prezident 3 milyon manat ayırdı
Qaynari.nfo 20:51
Prezident 3 milyon manat ayırdı
Azərbaycanlı polis mayoru heroinlə tutuldu
Qaynari.nfo 14:04
Azərbaycanlı polis mayoru heroinlə tutuldu
Tural Mustafayev Xədicə İsmayıla qarşı ərizəsini geri götürmək istəyir - ŞOK FOTO
Qaynari.nfo 12:01
Tural Mustafayev Xədicə İsmayıla qarşı ərizəsini geri götürmək istəyir - ŞOK FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol