• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Türkiyəli jurnalist Elnur Hüseynovu təhqir etdi

Türkiyəli jurnalist Elnur Hüseynovu təhqir etdi
29.05.2020 07:33
O, azərbaycanlı ifaçının adını itlə yanaşı çəkdi

"O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynov Türkiyənin bir sıra sayt və portallarındakı yazarlar tərəfindən tənqidə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, həmyerlimizin müsabiqədə qalib olması bəziləri tərəfindən qıcıqla qarşılanıb. Nəyə görə azərbaycanlı birinin gələrək "Türkiyənin səsi” ("O səs Türkiyə”) seçilməsini təəccüblə qarşılayıblar. 

Elnur Hüseynovun qələbəsini dırnaqarası qəbul edənlərdən biri də Türkiyənin "Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Əriş olub. O, ötən gün yayımladığı yazısında Elnurun istedadını şübhə altına alıb. Ən pisi isə onun adını 2012-ci ildə "Yetənək sizsiniz”də birincilik qazanmış Meks adlı itlə yanaşı çəkməsi olub. O, köşə yazısının adını məsxərə ilə "Keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qələmə alıb. 

Bülənt Əriş müsabiqənin fəaliyyətini də pisləyib. Onun sözlərinə görə, əgər müsabiqədə başqa ölkədən kimsə gəlib birinci seçilə bilirsə, onda dünyanın dörd bir yanından müğənnilər bura cəlb edilsin. 

Bütün bu iddialar azmış kimi o, Elnur Hüseynovun qalib seçilməsində Ebru Gündeş və həyat yoldaşı Rza Zərrabın xüsusi rolu olduğunu vurğulayıb. O, həmçinin azərbaycanlı ifaçıya milyonlarla dollar dəyərində olan dəstək SMS-nin bir nömrədən göndərilə biləcəyini iddia edib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hollivud ulduzu: Osmanlı nəvəsiyəm
Qaynari.nfo 08:12
Hollivud ulduzu: Osmanlı nəvəsiyəm
Türkiyəli jurnalist Elnur Hüseynovu təhqir etdi
Qaynari.nfo 07:33
Türkiyəli jurnalist Elnur Hüseynovu təhqir etdi
“Mən bu ölkədə ən çox söyülən adamam” – Seymur Baycanla müsahibə
Qaynari.nfo 07:05
“Mən bu ölkədə ən çox söyülən adamam” – Seymur Baycanla müsahibə
Azərbaycanlı qardaşların “O səs Türkiyə”də qələbəsi - VİDEO
Qaynari.nfo 06:45
Azərbaycanlı qardaşların “O səs Türkiyə”də qələbəsi - VİDEO
26 dəfə evlənən Demis Russosun son müsahibəsi  - VİDEO
Qaynari.nfo 06:44
26 dəfə evlənən Demis Russosun son müsahibəsi - VİDEO
Elnur Hüseynovdan daha bir möhtəşəm çıxış - VİDEO
Qaynari.nfo 06:37
Elnur Hüseynovdan daha bir möhtəşəm çıxış - VİDEO
Acından ölən yazıçı və Bakı milyonçuları
Qaynari.nfo 04:59
Acından ölən yazıçı və Bakı milyonçuları
Tahir İmanov: Erməni truppasının Bakı konsertini ləğv etmək lazımdır
Qaynari.nfo 12:03
Tahir İmanov: Erməni truppasının Bakı konsertini ləğv etmək lazımdır
Azərbaycanlı bəstəkar vəfat etdi
Qaynari.nfo 15:10
Azərbaycanlı bəstəkar vəfat etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol