Azərbaycanlı bağbanın qeyri-adi bacarığı - VİDEO
![Azərbaycanlı bağbanın qeyri-adi bacarığı - VİDEO Azərbaycanlı bağbanın qeyri-adi bacarığı - VİDEO](https://anews.az/photo/850x500/2015-02/1424849368_39184_t0dzss5j88.jpg)
Qaxın Ləkit kəndində yaşayan Vaqif Aydınov həyətində qeyri-adi bağ salıb.
ANN.Az-ın "Kanal S”-ə istinadən məlumatına görə, o, müxtəlif növ, fərqli formada dekorativ bitkilər və ağaclar yetişdirir. Bu işlə 30 ilə yaxındır ki, məşğul olan bağban köhnə şinləri toplayır və onlara maraqlı forma verir. Yaranan dibçək fiqurlarının içində isə güllər və dekorativ ağaclar əkir.
200-ə yaxın belə bəzək kolları yetişdirmiş V.Aydınovun kolleksiyasında ən diqqət çəkəni isə Qu quşunun fiqurudur. Bağban bu işin onun üçün həyat tərzi olduğunu, güllərə, çiçəklərə qulluq edərkən ruhən dincəldiyini, özünü təbiətin bir parçası kimi hiss etdiyini deyib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)