• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakıda Novruz yarmarkaları təşkil olunacaq

Bakıda Novruz yarmarkaları təşkil olunacaq
09.03.2015 09:17
Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması məqsədi ilə satış yarmarkaları keçiriləcək. 

ANS PRESS-in KTN Mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin birlikdə təşkil edəcəyi yarmarkalarda süni qiymət artımının və möhtəkirliyin qarşısı alınacaq.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. 

Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkaların keçiriləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
05:15
"Beynəlxalq Bank"ın prezidenti istefa verdi
İlham Əliyev benzinin qiyməti ilə bağlı qərarı ləğv etdi
Qaynari.nfo 21:55
İlham Əliyev benzinin qiyməti ilə bağlı qərarı ləğv etdi
Bakıda Novruz yarmarkaları bu ünvanlarda keçiriləcək – SİYAHI
Qaynari.nfo 21:44
Bakıda Novruz yarmarkaları bu ünvanlarda keçiriləcək – SİYAHI
Bakıda Novruz yarmarkaları təşkil olunacaq
Qaynari.nfo 09:17
Bakıda Novruz yarmarkaları təşkil olunacaq
Dollarla kredit ödəyənlərin taleyi necə olacaq? - AÇIQLAMA
16:13
Dollarla kredit ödəyənlərin taleyi necə olacaq? - AÇIQLAMA
Benzinin qiyməti qalxacaqmı? - Qubad İbadoğlundan açıqlama
Qaynari.nfo 13:57
Benzinin qiyməti qalxacaqmı? - Qubad İbadoğlundan açıqlama
Bakıda torpaq ucuzlaşdı
Qaynari.nfo 11:20
Bakıda torpaq ucuzlaşdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol