Nazirlik Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi - VİDEO
            Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Oxu.Az FHN-nin məlumatına istinadən xəbər verir ki, xəbərdarlıqda Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydalar yer alıb:
− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;
− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!
FHN bildirir ki, hər hansı bir təhlükə yaranarsa, vətəndaşlar 112-yə zəng edə bilərlər. 
ANN.Az
		
		
            
Oxşar xəbərlər                    
                
Oxşar xəbərlər