Azərbaycan yay vaxtına keçdi
![Azərbaycan yay vaxtına keçdi Azərbaycan yay vaxtına keçdi](https://anews.az/photo/850x500/2015-03/1427608252_1.jpg)
Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saat 4:00-da saatların əqrəbi 1 saat irəli çəkilib.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir.
Martın 29-da saat 4:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçib.
Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)