Qazax Eli, yoxsa Qazaxıstan? - RƏY

18:41 | 13.02.2014
Qazax Eli, yoxsa Qazaxıstan? - RƏY

Qazax Eli, yoxsa Qazaxıstan? - RƏY

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin adının dəyişdirilməsi təklifini irəli sürdü. Prezident ölkənin adının qazax türkcəsi ilə “Qazax Eli” adlandırılmasını təklif etdi və bu təklifin cəmiyyətdə də müzakirəni vacib saydı. Nəzərinizə çatdıraq ki, artıq internetdə mövzu ilə bağlı sorğu da yaradılıb. Prezidentin təklifi qazax cəmiyyətində və ümumiyyətlə, türk ölkələrində böyük diqqətə səbəb olub.ANN.Az-a açıqlamasında Qazaxıstanda yaşayan diaspor fəallarından, “Vətən”, “Türkel” qəzetlərinin baş redaktoru Ramiz Məşhədihəsənli prezidentin təklifini təqdir etdiyini və reallaşacağına inandığını ifadə edib.R.Məşhədihəsənli açıqlamasında hətta Orta Asiya məfhumunun da qondarma olduğunu bildirib: "Qazaxıstan prezidenti Nursultan Nazarbayev hər zaman irəli sürdüyü yenilikçi təkliflərilə daha çox novator dövlət başçısı kimi böyük hörmət və ehtirama layiqdir. Doğrudan da “stan” sonluğu dilə həm o qədər yatımlı deyil, həm də sovet imperiyasının uydurduğu bir coğrafi məkanın adına işarə edilirdi. Ümumiyyətlə,  Orta Asiya məfhumu da Türküstan adının unudulması üçün yaradılmış qondarma bir bölgə ismini daşıyırdı. Nazarbayevin Qazax eli adının Qazaxıstanla əvəz olunması təklifini alqışlamaq lazımdır. Bu, eyni zamanda türkün özünəqayıdışı deməkdir. O ki qaldı təklifin ümumxalq müzakirəsinə çıxarılmasına, əlbəttə, son sözü xalq deməlidir".Seymur ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti