Qazaxıstan fond birjalarında qazax pulu tenge növbəti antirekordla yadda qalıb.
Modern.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, səhər saatlarında 1 dollar 372 tengeyə bərabər olub. Bundan öncə, qazax valyutasının ən minimal həddi 362,62 tengeyə bərabər idi.
Ötən il avqustun 20-də Qazaxıstanın üzən məzənnəyə keçid elan etməsindən sonra milli valyuta 99% devalvasiyaya uğrayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !