Qazaxda heyvan otaran şəxs minaya düşüb

12:53 | 14.10.2024
Qazaxda heyvan otaran şəxs minaya düşüb

Qazaxda heyvan otaran şəxs minaya düşüb

Qazaxın Quşçu Ayrım kəndində kənd sakini Sarıyev İlkin heyvan otararkən piayada əlehinə minaya düşüb. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. 
 
"Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda deyilir. 
 
Azərbaycanda 2020-ci ildən bu yana mina qurbanlarının sayı 360 nəfərdən çoxdur. 
 
ANAMA tərəfindən 1991-ci ildən bu günə qədər 3440 mina qurbanı qeydə alıb ki, onlardan 358-i uşaq, 38-i qadınlardır.

2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM