• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
04.02.2025 19:36
Aktau hava limanı yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qalıqlarına baxış zamanı çoxlu dəliklər və mənşəyi məlum olmayan metal parçaları aşkar edilib. Bu barədə Qazaxıstan hökumətinin saytında dərc edilmiş ilkin hesabatda deyilir.

Quyruq hissəsində, omurgada, stabilizatorda, həmçinin sol qanadda və mühərrikdə müxtəlif ölçülü deşiklər və kor dəliklər aşkar edilmişdir. Onlardan bəziləri müntəzəm düzbucaqlı formaya malikdir.

Dağıntılar arasında yad metal əşyalar aşkar edilib. Onların fotoşəkilləri hesabata əlavə olunub, lakin mənşəyi hələ müəyyən edilməyib. Dəymiş ziyanın səbəblərini müəyyən etmək üçün ekspertizalar təyin edilib, o cümlədən metal qırıqlarının təhlili aparılıb.

Məlumatda həmçinin qeyd olunub ki, təyyarənin hər iki GPS qurğusu işləmir.
 
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb. 
 
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib. 
 
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib. 
 
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil körpüdən yola aşıb
Cəmiyyət 11:07
Bakıda avtomobil körpüdən yola aşıb
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Cəmiyyət 10:57
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
Cəmiyyət 10:39
Piylənmə diaqnozu qoyulan uşaqların yarıdan çoxu 13 yaşadəkdir
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cəmiyyət 10:28
"TikTok"da canlı yayım açan sürücülərə müraciət edilib
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Cəmiyyət 10:11
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol