Qazaxıstan BTC ilə neft ixracını artırır

22:06 | 30.03.2023
Qazaxıstan BTC ilə neft ixracını artırır

Qazaxıstan BTC ilə neft ixracını artırır

Qazaxıstanın "Kaztransoil” şirkəti (KTO) Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə neft daşımalarını  apreldə  20 min tondan (martda) 125 min tona çatdırmağı planlaşdırır. Bu barədə Anews.az-a neft daşımalarına yaxın olan etibarlı mənbə xəbər verib. 

Daşıma Azərbaycan dövlət şirkəti SOCAR ilə Qazaxıstanın Kazmunaygas (KMG) şirkəti arasında bağlanmış müqavilə çərçivəsində həyata keçirilir və bu müqaviləyə əsasən ildə 1,5 milyon ton neftin ixracı planlaşdırılır.

Martın 22-də KTO BTC neft kəmərinə çatdırılmaq üçün Aktauda Tengizchevroil (TCO) nefti ilə ilk tankeri Bakıya yola salıb. Xəzər dənizi ilə dəniz daşımaları həyata keçirən SOCAR-dan verilən məlumata görə, martın 27-də ikinci Şuşa tankeri Bakı limanına yan alıb. 

"2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reyslərinin həyata keçirilməsi planlaşdırılır", - SOCAR-ın press-relizində deyilir.

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Tengizdən neftin əsas həcmini ixrac etməkdə davam edir, lakin xammalın bir hissəsini alternativ marşrutlar üzrə BTC-yə, Batumi limanına göndərir, Özbəkistan və Finlandiyaya sınaq daşımaları da həyata keçiriliri.

Martda 7 min tonluq Kaşaqan neftinin ilk partiyası Aktaudan BTC-yə göndərilib.

Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti mart və apreldə Aktaudan Bakıya neft göndərilməsi planları ilə bağlı  sorğuya cavab verməyib.

Aktaudan Bakıya neft daşınması ilə bağlı məlumatlı mənbənin sözlərinə görə, apreldə ümumi həcmi 174,8 min ton, o cümlədən Tengizdən 125 min ton neft, 19 min ton Buzaçı nefti və 30,8 min ton Total & Dunga ixracı nəzərdə tutulub. .

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb