Qazaxıstan təxminən 20 illik danışıqlardan sonra Ümumdünya Ticarət Təşkilatına daxil olub.
İyulun 27-də təşkilatın Cenevrədə keçirilən rəsmi qəbul tədbirində ölkə prezidenti Nursultan Nazarbayev iştirak edib.
Qazaxıstan xarici investorları cəlb etmək üçün idxal tariflərini azaltmaq və bu istiqamətdə növbəti addımlar atmaq razılığına gəlib.
Amma ölkədə sənaye və kənd təsərrü məhsullarının istehsalı hələ də aşağı səviyyədədir və ölkə əsasən neftdən gələn gəlirə arxalanır.
Ekspertlər hesab edir ki, yerli firmalar bundan sonra xarici malların artmasına görə, mübarizə aparmalı olacaqlar.
Qazaxıstan 1996-cı ildən Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparırdı.Ölkənin Rusiyanın rəhbərlik etdiyi Avrasiya təşkilatına qoşulması danışıqları əngəlləyirdi.
Rəsmi imza mərasimi və ratifikasiyadan sonra Qazaxıstan təşkilatın 162-ci üzvü olacaq. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !