Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunub.
"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.
Məlumata görə, bununla bağlı ölkə prezidenti Nursultan Nazarbayev Qazaxıstan vətəndaşlarına müraciət edib.
O deyib ki, 19 il sürən davamlı danışıqlar ÜTT-yə üzvlüklə nəticələnib: "Bu gün Cenevrədə İşçi Qrupun yekun iclasında Qazaxıstanın ÜTT-yə üzv qəbul olunması elan edilib. Bu bizim üçün tarixi hadisədir. Qazaxıstan ÜTT-nin 162-ci üzvü oldu. Dünyanın iqtisadi gücləri ölkəmizin sərmayə qoyulması üçün əlverişli şəraitin, beynəlxalq hüququn normalarına uyğun ticarət siyasətinin olduğunu etiraf edib".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !