Qazaxıstan növbəti dəfə sülh danışıqları üçün platforma təklif edib

13:25 | 15.10.2024
Qazaxıstan növbəti dəfə sülh danışıqları üçün platforma təklif edib

Qazaxıstan növbəti dəfə sülh danışıqları üçün platforma təklif edib

Qazaxıstan bir daha Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təklif etməyə hazır olduğunu bəyan edib. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Astanada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyanla danışıqlarının yekunlarına dair mətbuat xidməti məlumat yayıb.

"Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda bildirilir.
 
Bundan əvvəl də Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsi üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib.
 
Mayın 10-da Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ölkələr arasında sülh sazişinin əldə olunması yollarını müəyyən etmək üçün danışıqlar aparıblar.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM