Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsinin qara qutularını Braziliyaya təhvil verəcək

22:11 | 29.12.2024
Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsinin qara qutularını Braziliyaya təhvil verəcək

Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsinin qara qutularını Braziliyaya təhvil verəcək

Qazaxıstanın Nəqliyyat Nazirliyi Azərbaycanın AZAL-ın qəzaya uğramış təyyarəsinin registratorlarının (qara qutularının) Braziliya Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) təhvil verildiyini açıqlayıb. Bu barədə TASS yazır.

Respublikanın nəqliyyat naziri Marat Karabayevin rəhbərliyi ilə xüsusi komissiya tərəfindən qəbul edilən bu qərar CENIPA-da qeydedicilərdən məlumatların şifrəsini açmaq üçün lazımi yüksək texnologiyalı avadanlıqların və sertifikatlaşdırılmış laboratoriyaların olması ilə izah olunur.

CENIPA-nın seçilməsi həm də qəzaya uğrayan təyyarənin Braziliya istehsalı olması ilə bağlı olub.

Dekabrın 25-də səhər saatlarında "Azərbaycan Hava Yolları ” QSC -nin Azərbaycanın paytaxtı Bakıdan Qroznıya  uçan "Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb . Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, laynerin göyərtəsində 69 nəfər, o cümlədən beş ekipaj üzvü olub. 29 nəfər sağ qalıb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM