Qazaxıstan sularında 4 azərbaycanlı saxlanıldı

19:00 | 22.01.2020
Qazaxıstan sularında 4 azərbaycanlı saxlanıldı

Qazaxıstan sularında 4 azərbaycanlı saxlanıldı

Qazaxıstan sərhədçiləri Xəzərdə dəniz sərhədini pozan 4 Azərbaycan vətəndaşını saxlayıb.


Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, "Sərbaz” sərhədçi gəmisi xidməti vəzifəsini yerinə yetirərkən, Qazaxıstana aid sularda kiçik gəmi aşkarlayıb.


Gəmi "Sərbaz” tərəfindən göndərilən siqnallara cavab verməyərək qaçmağa çalışıb. Nəticədə çox keçmədən Qazaxıstan sərhəd gəmisi tərəfindən Adamtaş burnu yaxınlığında saxlanılıb.


Saxlanılan zamanı məlum olub ki, gəmi heyətinin hamısı azərbaycanlıdır. Onların Qazaxıstan ərazisinə niyə keçdikləri araşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM