Qazaxıstan 2017-ci il yanvarın 1-dən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölklərinin, eləcə də Birləşmiş Ərəb Əmirliyi, Malayziya, Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq etməyi planlaşdırır. "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin I müavini Rapil Joşıbay Astanada keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına aşağıdakı dövlətlər daxildir: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Britaniya, Kanada, Çexiya Respublikası, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, İsrail, Cənibi Koreya, lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Slovakiya, Sloveniya, Portuqaliya, İspaniya, İsveç, İsveçrə,Türkiyə, Çili, Estonya və Yaponiya.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !