Qazaxıstanın paytaxtı Astanada inşa edilən "Abu-Dabi Plaza” kompleksində yanğın baş verib.
Oxu.Az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, yanğın haqqında məlumat yerli vaxt ilə saat 04:40 radələrində daxil olub.
İlkin məlumata görə, binanın 25-ci mərtəbəsində taxta qəlib alışıb, daha sonra isə qaz balonları partlayıb.
Alovu söndürmək üçün 60 yanğınsöndürən və 17 ədəd texnika cəlb edilib.
Yanğınsöndürənlər fəhlələri təxliyyə ediblər.
Qazaxıstan DİN-in fövqəladə hallar üzrə rəsmi nümayəndəsi Ruslan İmankulov hazırda inşa edilən binada yanğının söndürüldüyünü bəyan edib.
İmankulovun məlumatına görə, yanğın taxta qəliblər və brezent bağların vasitəsilə yayılıb.
"Saat 8:25-də yanğını lokallaşdırmaq mümkün olub. Yanğının söndürülməsində giriş yollarının olmaması çətinlik törədirdi. İlkin məlumata görə, dizel yanacağı ilə işləyən qurğularda alışma baş verib”, - Qazaxıstanın fövqəladə hallar üzrə komitəsindən bildiriblər.
Qazaxıstan paytaxtında çoxfunksiyalı "Abu-Dabi Plaza” kompleksinin inşası 2010-cu ilin noyabrında başlayıb.
2016-cı ilin sonunda inşaası başa çatdıqdan sonra bina respublikada və Orta Asiyada ən hündür bina olmalı idi.
Binanın layihə üzrə ümumi hündürlüyü 380 metrdən ibarət olmalıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !