Qazaxıstanda AES tikintisi ilə bağlı referendum keçirilir

11:39 | 06.10.2024
Qazaxıstanda AES tikintisi ilə bağlı referendum keçirilir

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum keçirilir

Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı ümumxalq səsverməsi keçirilir.

Oktyabrın 6-da səsvermə üçün ölkə daxilində 10 mindən çox, həmçinin xaricdə 70-dən artıq seçki məntəqəsi açılıb. Səsvermə hüququna malik 12 milyondan çox vətəndaş seçici siyahısına daxil edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AES-in tikintisi ilə bağlı referendumda səs verib.

Səsvermə prosesini 30 xarici dövləti təmsil edən 177 beynəlxalq müşahidəçi, eləcə də dörd böyük beynəlxalq təşkilatın – Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müşahidə missiyaları izləyir.

Bundan əlavə, referendumun gedişatını 37 ölkədən 200 media orqanının nümayəndələri izləyəcək.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 2-də xalqa müraciətində referendumun keçiriləcəyini elan edib.Referendumda səsvermə hüququna malik Qazaxıstan vətəndaşlarının yarısından çoxu iştirak edərsə, referendum etibarlı hesab olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM