Qazaxıstanın Alma-Atı vilayətində "Range Rover” markalı avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə vilayət üzrə Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.
Hadisə bu gecə "Qərbi Avropa-Qərbi Çin” yolunda baş verib. 43 yaşlı qadın tərəfindən idarə olunan avtomobil Aydarlı kəndi yaxınlığında dəvə ilə toqquşub. Baş verən qəza zamanı sürücü və 3 sərnişin hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. Sahibinin hələlik müəyyənləşdirilmədiyi dəvə də hadisə yerində tələf olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !