Qazaxıstanda azərbaycanlı biznesmenin bir neçə tonluq yükü saxlanıldı

14:21 | 21.08.2015
Qazaxıstanda azərbaycanlı biznesmenin bir neçə tonluq yükü saxlanıldı

Qazaxıstanda azərbaycanlı biznesmenin bir neçə tonluq yükü saxlanıldı

Azərbaycanlı biznesmen Novruz Barxudarov iddia edir ki, Qazaxıstanda onun yükünü qanunsuz olaraq saxlayırlar. 

Oxu.Az bu barədə KazTAQ-a istinadla xəbər verir. 

Biznesmenin sözlərinə görə, Qazaxıstan ərazisində yükünün saxlanılmasının səbəbi yükün 7 kilqoramdan artıq olmasıdır, lakin onun vaqonlarının 9-u yüz tonlarla ölçülür. 

"Mən artıq 15 ildir ki, Çindən yüklərimi Azərbaycana Qazaxıstandan tranzitlə aparıram. Belə vəziyyət əvəllər olmayıb. Yüklərlə dolu vaqonların saxlanmasından artıq 3 həftə keçib.  

Mən ziyana düşmüşəm, belə ki, hər həftə mənə 1,5 milyon təngəyə başa gəlir. Mən 4,5 milyon təngə itirmişəm. 15 illik biznesim ərzində mən Qazaxıstanın büdcəsinə təxminən 90 milyon dollar ödəmişəm və indi mənə bu vəziyyət aydın deyil”, - Barxudarov KazTAQ-ın müxbirinə deyib. 

"Bu gün mənə məlum olub ki, daha üç vaqonumu saxlayıblar. Cinayət işi açılır. Yalnız bu üç vaqonda öz ailələrini dolandıran 200 azərbaycanlı satıcının malı var”, - o əlavə edib. 

Biznesmenin fikrincə, problem Dövlət Gəlirlər Komitəsinin bəzi əməkdaşlarının təmiz işləməməsidir. 

"Mənim yükümü Astanadan olan mütəxəssis üç dəfə yoxlayıb. İki yoxlama heç nə vermədi, üçüncü yoxlama isə 7 kiloqramdan artıq yüklənmə aşkar etdi. 

Mənə dedilər ki, Astana getmək lazımdır. Mənə iki nəfərin familyasını yazdılar ki, gedib onlarla məsələni "həll edim”. Mən bu cür işlərlə məşğul olmuram və heç kimlə bu yolla məsələni həll etməyəcəm”, - o deyib.

"Qazaxıstan rəhbərliyi hər dəfə bildirir ki, ölkə biznes üçün açıqdır. Mən onlara inanıram və buna görə də Dövlət Gəlirlər Komitəsinin rəhbərliyinə müraciət edirəm. Ümid edirəm ki, onlar öz əməkdaşlarını cəzalandıracaqlar və problemi yoluna qoyacaqlar”, - N. Barxudarov əlavə edib. 

Biznesmen deyib ki, problem həllini tapmasa, o, öz yüklərini İran vasitəsilə daşıyacaq.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti