Hadisə Nursultan şəhərində azərbaycanlılara məxsus kafenin qarşısında olub. Belə ki, erməni millətindən olan şəxslər Qazaxıstanda yaşayan 19 yaşlı Tural İlqar oğlu Teymurovu təhqir edib. Bu zaman onlar arasında dava olub. İlkin məlumata görə, ermənilər ona bıçaqla xəsrət yetiriblər. Belə olduqda soydaşımızın yaxın qohumu, Azərbaycan əsilli Qazaxıstan vətəndaşı, 1995-ci il təvəllüdlü Etibar Ümidvar oğlu Teymurov köməyə gəlib. Lakin o, münaqişə zamanı o ürək nahiyəsinə vurulan bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.
Bundan sonra tərəflər arasında davanın miqyası daha da böyüyüb. Nəticədə daha üç nəfər xəsarət alıb.
Qeyd edək ki, ölən azərbaycanlı uzun illərdir Qazaxıstanda yaşayıb. Mərhumun meyitinin sabah vətənə gətiriləcəyi və doğulduğu Masallı rayonunun Bədəlan kəndindəki qəbiristanlıqda dəfn olunacağı söylənilir.
Mərhumun dayısı Həşim Ağayev Qazaxıstanda Azərbaycan diasporunun üzvüdür./report
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !