Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

12:13 | 20.11.2022
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hazırkı dövlət başçısı Qasım-Jomart Tokayevdən başqa daha 5 namizəd iştirak edir.
Sentyabrın 1-də Tokayev xalqa müraciətində "dövlət institutlarının tam bərpası” çərçivəsində növbədənkənar prezident seçkilərinin keçiriləcəyini elan etmişdi.

İlk dəfə olaraq dövlət başçısı təkrar seçilmək hüququ olmadan yeddi il müddətinə seçiləcək. Tokayev bunu "istənilən iddialı proqramın həyata keçirilməsi üçün kifayət qədər müddət” adlandırıb.

Seçkilərin keçirilməsi üçün ölkədə 10,1 mindən çox seçki məntəqəsi açılıb.

Astana, Almatı və Çimkənddə 86 seçki məntəqəsində səsvermə səhər saat 6:00-da başlayıb.

Qazaxıstanda 11,8 milyondan çox vətəndaşın səsvermə hüququ var.

Seçkiləri 650-yə yaxın beynəlxalq müşahidəçi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, o cümlədən dünyanın 50-yə yaxın ölkəsindən jurnalistlər izləyir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb