Oktyabrın 7-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçiriləcək. Bu barədə ölkə mətbuatı prezident Kasım-Jomart Tokayevə istinadla yazıb.
Prezident bildirib ki, belə bir addımın atılması üçün xalqın dəstəyi mütləq lazımdır.
"Mən hökumətin 2024-cü il oktyabrın 6-da atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsinin keçirilməsi təklifini dəstəkləyirəm, bu gün müvafiq fərmanı imzalayacağam”, - deyə Qazaxıstan prezidenti bildirib.
O qeyd edib ki, qlobal enerji qıtlığını nəzərə alaraq, ölkənin etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə ciddi ehtiyacı var.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !