Qazaxıstanda referendum keçiriləcək

11:49 | 02.09.2024
Qazaxıstanda referendum keçiriləcək

Qazaxıstanda referendum keçiriləcək

Oktyabrın 7-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçiriləcək. Bu barədə ölkə mətbuatı prezident  Kasım-Jomart Tokayevə istinadla yazıb. 
 
Prezident bildirib ki, belə bir addımın atılması üçün xalqın dəstəyi mütləq lazımdır.  
 
 "Mən hökumətin 2024-cü il oktyabrın 6-da atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsinin keçirilməsi təklifini dəstəkləyirəm, bu gün müvafiq fərmanı imzalayacağam”, - deyə Qazaxıstan prezidenti bildirib.

O qeyd edib ki, qlobal enerji qıtlığını nəzərə alaraq, ölkənin etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə ciddi ehtiyacı var. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür