Qazaxıstanın yeni hökuməti formalaşıb

16:48 | 06.02.2024
Qazaxıstanın yeni hökuməti formalaşıb

Qazaxıstanın yeni hökuməti formalaşıb

Qazaxıstan Prezidenti Kasım-Jomart xarici işlər naziri və müdafiə naziri təyin edib. Bununla bağlı Qazaxıstan Prezidenti sərəncam imzalayıb.

Sərəncam ilə Nurtleu Murat Abuqaliuli Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Xarici İşlər naziri, Ruslan Fatixoviç Jaksılykov Qazaxıstan Respublikasının Müdafiə naziri təyin edilib. 

Eyni zamanda Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib.

Roman Sklyar isə yeni hökumətdə yenidən baş nazirin birinci müavini təyin edilib.
 
Tokayev Madi Takiyevi respublikanın yeni maliyyə naziri təyin edib. Bundan öncə bu vəzifəni  Erulan Jamaubayevi icra edib.
 
Əzəmət Əsgərayev yenidən respublikanın ədliyyə naziri təyin edilib.

Aibek Dadebayevi prezident administrasiyasının rəhbəri təyin edilib. O daha əvvəl Qazaxıstan prezidentinin işləri üzrə menecer vəzifəsində çalışıb. 
 
Fevralın 5- də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.

 
Aygün Mirakif






 
 







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM