Ötən ilin payızından ölkəsi üçün alternativ benzin mənbəyi kimi Azərbaycanı görən Qazaxstan, fikrindən geri çəkilib.
ANS PRESS-in məlumatına görə, burada müəyyənləşdiriblər ki, Azərbaycan benzini hətta manatın devalvasiyaya uğramasından sonra belə onlara baha başa gələcək.
"Qazaxstan niyə axı Azərbaycandan yanacaq alsın? Bizdə bundan daha ucuz rus benzini var. Azərbaycanın yanacağını isə tankerlərə doldurmalı və Xəzərin üzərindən gətirmək lazımdır. Belə bir halda o hazırki vaxtda Rusiya benzinindən baha başa gələcək”- deyə neft-qaz sektorunun analitiki Sergey Smirnov deyib.
Qeyd edək ki, bu sözlərə baxmayaraq ötən il Qazaxstanda ciddi olaraq Türkmənistan və Azərbaycanı Rusiya yanacağına alternativ bazar kimi qiymətləndirirdilər.
Ümumiyyətlə götürdükdə isə 2016-cı ildə öz neftayırma zavodlarını modernləşdirərək, demək olar ki, yanacaq asılılığından tamailə çıxacaq Qazaxstanın yanacaq bazarı Azərbaycan üçün elə də güclü önəm daşımır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !