Qazaxıstan məscidlərində rusca xütbələr

15:59 | 25.09.2014
Qazaxıstan məscidlərində rusca xütbələr

Qazaxıstan məscidlərində rusca xütbələr

Qazaxıstan Dini Komitəsi əhalinin çox hissəsinin rusca danışdığı şəhərlərdəki məscidlərdə qazax dili ilə yanaşı, rusca dilində də xütbə oxunmağa başlandığını bildirib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Dini Komitə buna səbəb kimi zərərli dini cərəyanların rus dilində danışan qazax gənclərini öz təsiri altına almasını göstərib. Həmçinin rusca xütbə oxuya bilən dindarlardan ibarət heyət bölgələri gəzərək məsələ ilə bağlı araşdırma aparacaq. Qeyd edək ki, əhalisi təxminən 17 milyon olan Qazaxıstanda 5 milyon rus yaşayır. SSRİ dövründə isə əhalinin böyük qismi rusca danışırdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM