Qazaxıstan Respublikasının adı dəyişdirilir

10:00 | 07.02.2014
Qazaxıstan Respublikasının adı dəyişdirilir

Qazaxıstan Respublikasının adı dəyişdirilir

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ölkənin qərbinə, Atırau vilayətinə səfəri zamanı bildirib ki, Qazaxıstan Respublikasının adı “Qazax eli”-nə dəyişə bilər. Lent.az xəbər verir ki, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev deyib: “Orta Asiyanın başqa dövlətləri kimi ölkəmizin də adının sonunda “stan” sonluğu var. Əcnəbilərin maraq göstərdiyi və  əhalisinin sayı 2 milyon olan Monqol Ulusu adının sonundakı “stanı” götürdü. Odur ki, biz də zaman-zaman “Qazax eli” adına keçmək məsələsinə baxacağıq. Ancaq öncə bunu xalqla müzakirə etməliyik”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM