Qazaxıstanda Qarabağ sərgisi - FOTO

13:44 | 29.05.2014
Qazaxıstanda Qarabağ sərgisi - FOTO

Qazaxıstanda Qarabağ sərgisi - FOTO

Qazaxıstanda Turan şəhərinin açılışı və bu münasibətlə türk xalqlarının qurultayı təşkil olunub. 
ANN.Az-ın məlumatına görə, qurultayda Azərbaycan həqiqətlərinin digər türk xalqlarına çatdırılması məqsədilə “Qarabağ sərgisi” təşkil olunub. Sərgi Yeni Nəfəs Hərəkatının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşib. Dövlət komitəsi Yeni Nəfəs Hərəkatını Azərbaycanın maddi-mədəni irsini, Xocalı Soyqırımı, 20 Yanvar qırğını və ümumiyyətlə Dağlıq Qarabağın işğalı ilə bağlı faktlardan ibarət 30 adda kitabla təmin edib. Ümumilikdə 100-dən çox kitab, jurnal, müxtəlif disklər qurultay iştirakçılarına paylanıb. Hərəkatın sədri Seymur Həsənli Türk Xalqları Ümumdünya Assambleyasının prezidenti Yermentay Sultanmurada müxtəlif vəsaitlərdən hədiyyə edərək ondan Azərbaycan problemlərinin Qazaxıstan ictimaiyyətinə çatdırılmasında daha aktiv olmasını xahiş edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM