Qazaxıstanda Xocalı abidəsi var imiş - FOTO

16:48 | 02.06.2014
Qazaxıstanda Xocalı abidəsi var imiş - FOTO

Qazaxıstanda Xocalı abidəsi var imiş - FOTO

Qazaxıstanda Turan şəhərinin açılışı və bu münasibətlə türk xalqlarının qurultayına gedən Azərbaycan nümayəndə heyəti Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində olublar.
Bu haqda ANN.Az-a məlumat verən Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli ziyarət zamanı bu ali təhsil ocağında oxuyan azərbaycanlı tələbələrlə görüşdüklərini bildirib: “Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində olarkən azərbaycanlı və türkiyəli tələbələrlə də görüşdük. Görüş zamanı onlar daha çox ictimai fəaliyyətlərindən danışdılar. Məlum oldu ki, tələbələrin maddi və mənəvi dəstəyi ilə universitetin həyətində Xocalı Soyqırımı qurbanlarına abidə ucaldılıb və hər il 26 fevral tarixində tələbələr abidə önündə toplaşıb soyqırım qurbanlarını yad edir, tarixi gerçəkləri qazax, eləcə də universitetdə təhsil alan digər xalqların nümayəndələri arasında təbliğini təşkil edirlər. Biz də abidəni ziyarət etdik və heç bir tapşırıq gözləmədən, dəstək almadan, belə bir işi həyata keçirdiklərinə görə tələbələrə təşəkkürümüzü bildirdik”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM