Qazaxıstandan Ermənistana sərt təpki

12:39 | 10.10.2014
Qazaxıstandan Ermənistana sərt təpki

Qazaxıstandan Ermənistana sərt təpki

"Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmamalıdır"

ANN.Az Avropa.info-ya istinadən xəbər verir ki, görüşdə Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Ermənistanın gələcəkdə bu təşkilata tamhüquqlu üzvü olmasını müzakirə edəcək. Ermənistanın üzvlüyü əsas məsələ kimi görünsə də, reallıq fərqlidir.

Qazaxıstan Milli Bankının sabiq sədri Qriqori Marçenko bildirib ki, Gömrük İttifaqı yarananda Ermənistanın təşkilata üzvlüyü müzakirə belə edilmirdi. Təşkilatın genişlənməsi perspektivi Türkiyə, Çin, Monqolustanın üzvlüyünü nəzərdə tutmuşdu. Markçenko bildirib ki, 2013-cü ilin yazında Türkiyə, Ukrayna və Azərbaycanın ittifaqa üzv olmasını təklif edib. Bu, Rusiyanın hegemon mövqeyini zəiflədəcəkdi. Ermənistan, Qırğızıstan və Tacikistanın üzvlüyünə siyasi genişlənmə kimi baxılır.

Qazaxstanlı ekspert Aydarxan Kusaionov da Ermənistanın bu təşkilata üzvlüyünə qəti qarşıdır. Rusiyadan fiziki şəxslər hesabına edilən pulköçürmələr Ermənistanın ixracatından daha böyükdür. 

Hətta Ermənistanın özündə belə təşkilata üzvlüyünə mənfi baxırlar. Azad Demokratlar Partiyasının sədri Anuş Sedrakyan hesab edir ki, Ermənistanın üzvlüyü iqtisadi baxımdan düzgün addım deyil. Bu, ilk növbədə ittifaqın iqtisadiyyatına zərər vuracaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti