Rusiyanın "Qazprom" şirkəti Ukraynaya təbii qaz nəqlini dayandırıb.
"APA-Economics" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin bəyanatında qeyd olunub.
"Bu gün səhər saat 10:00 radələrində "Naftoqaz Ukrayna" əvvəlcə etdiyi ödənişə uyğun olan həcmdə Rusiya qazını alıb. Yeni qabaqcadan müəyyən edilmiş ödəniş isə hələlik edilməyib. "Naftoqaz Ukryanda"dan qaz tədarükü ilə bağlı ərizə daxil olmayıb. Belə olan təqdirdə, tədarük Ukrayna şirkətinin yeni ödənişinə qədər məhdudlaşdırılacaq", - deyə "Qazprom"un açıqlamasında qeyd olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !