"Qazprom"un gəlirləri azalıb

14:35 | 29.04.2015

"Qazprom"un gəlirləri azalıb

2014-cü ildə Rusiyanın "Qazprom" şirkətinin gəlirləri ötən illə müqayisədə 7 dəfə, yaxud 1,139 trilyon rubldan (təxminən 26,7 milyard dollar) 159 milyard rubladək (təxminən 3,04 milyard dollar) azalıb.

"Report" "news.ru"ya istinadən xəbər verir ki, bu haqda qurumun maliyyə hesabatında bildirilib.

Məlumata görə, şirkət bu itkini ilk növbədə rublun məzənnəsinin düşməsi və xərclərin məzənnə fərqinin ödənilməsi ilə əlaqələndirib. Qurum məzənnə fərqinə görə, 2014-cü ildə 925,757 milyard rubl (təxminən 15 milyard dollar) ziyan edib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti